Bakı. Trend:
Həftə sonu Çinin cənubunda intensiv yağışlar müşahidə olunub, həftənin əvvəlində isə güclü leysan yağışlarının davam edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə Çinin Milli Meteorologiya Mərkəzi məlumat yayıb.
Quansi-Çjuanq Muxtar Bölgəsində daşqınlar nəticəsində 6 nəfər həlak olub, 2 nəfər isə itkin düşüb.
Ötən həftə sonu pis hava şəraiti səbəbindən Guangdong əyalətinin Quançjou və Şençjen şəhərlərində 700-dən çox aviareys ya təxirə salınıb, ya da ləğv edilib.
Meteoroloqlar bildirir ki, mayın 27-dən 29-na qədər Çinin cənubunda 2025-ci ilin əvvəlindən bəri ən güclü yağışlar yağacaq və təbii fəlakət riski yüksəlir.
Bazar günü Çin rəsmiləri daşqın təhlükəsi səbəbindən cənub-qərbdə yerləşən Yunnan əyaləti üçün mavi xəbərdarlıq verib.