...

Zelenski NATO sammitinə qatılacaq

Dünya xəbərləri Materials 26 May 2025 09:51 (UTC +04:00)
Zelenski NATO sammitinə qatılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukrayna lideri Volodimir Zelenskinin Haaqada keçiriləcək zirvə toplantısında iştirak edəcəyini elan edib.

Trend xəbər verir ki, bu barədə “WNL op Zondag” məlumat yayıb.

Nazir Şimali Atlantika alyansının sammitin proqramında Zelenskiyə “layiq olduğu yerin” ayrılmasını təmin edəcəklərini vurğulayıb. Bununla belə nazir, sammit çərçivəsində Zelenskinin Ağ Ev rəhbəri Donald Trampla təkbətək görüşüb-görüşməyəcəyi sualına cavab verməkdə çətinlik çəkib.

Bundan əvvəl “Ansa” agentliyi Birləşmiş Ştatlar hökumətinin Zelenskinin NATO sammitinə qatılmasına qarşı olduğunu yazırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti