Bakı. Trend:
Serbiya Rusiya ilə təbii qaz müqaviləsinin müddətini sentyabrın sonuna qədər uzadıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, təbii qazın qiymətində hər hansı artım yoxdur. Rusiya qazının Serbiyaya tədarükü ilə bağlı mövcud müqavilənin müddətinin eyni şərtlərlə sentyabrın 30-dək uzadılmasına dair razılıq əldə olunub. Rusiya təbii qazı olmadan sabit təchizatın həlli mümkün deyil.
Xatırladaq ki, Rusiya qazının Serbiyaya tədarükünə dair mövcud qaz sazişinin müddəti mayın sonu başa çatırdı.