Bakı. Trend:
Çinin Şandun əyalətində yerləşən kimya zavodunda güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra səmaya nəhəng alov şarı və ardınca qatı tüstü qalxıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün hadisə yerinə 55 yanğınsöndürmə-xilasetmə texnikası və 200-dən çox xilasedici səfərbər olunub.
Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki, müəyyən edilməyib. Zərərçəkənlər və ya iktilər barədə məlumat yoxdur.
Qeyd edək ki, zavodda zərərvericilərə qarşı preparatlar, əczaçılıq məhsulları və digər kimyəvi məhsullar istehsal olunur.