...

Almaniya Ukraynaya 5 milyard avro dəyərində hərbi yardım ayıracaq

Dünya xəbərləri Materials 28 May 2025 21:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Ukraynaya 5 milyard avro məbləğində yeni hərbi yardım göstərməyə razılaşıb.

Trend-in məlumatına görə, bu barədə Almaniya Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, müdafiə naziri Boris Pistorius və onun ukraynalı həmkarı Rustem Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların tədarükünün maliyyələşdirilməsinə dair saziş imzalayıblar.

Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənaye müəssisələri arasında da müqavilələr bağlanıb. Yeni yardım paketi Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və uzunmüddətli əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

Xəbər lenti

Xəbər lenti