...

Liverpulda baş verə insident nəticəsində yaralıların sayı 79-a çatıb

Dünya xəbərləri Materials 29 May 2025 07:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 2024–2025-ci il mövsümünün qalibi olan “Liverpul” klubunun çempionluq paradı zamanı baş verən insident nəticəsində yaralananların sayı 79-a yüksəlib.

Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə şəhərin mərkəzindəki Water Street küçəsində qeydə alınıb. İzdihama avtomobilin daxil olması nəticəsində onlarla insan xəsarət alıb. Yaralılardan yeddisi hazırda xəstəxanadadır və onların vəziyyətinin sabit olduğu bildirilir.

Polis hadisə ilə bağlı istintaqı davam etdirir. Hadisəni törətdiyi ehtimal edilən 53 yaşlı sürücü saxlanılıb. O, qəsdən adam öldürməyə cəhd, təhlükəli sürücülük və narkotik maddələrin təsiri altında sükan arxasında olmaqda şübhəli bilinir. Hüquq-mühafizə orqanlarına onu dindirmək üçün əlavə vaxt verilib.

Xəbər lenti

Xəbər lenti