...

Kanada NATO öhdəlikləri çərçivəsində müdafiə xərclərini artırmağa hazırlaşır

Dünya xəbərləri Materials 29 May 2025 07:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti yaxın illərdə, xüsusilə NATO çərçivəsində öhdəliklərini yerinə yetirmək məqsədilə müdafiə sahəsinə ayrılan xərcləri əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Devid Makqinti CBC telekanalına açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Ottavada Kanada və xarici müdafiə sənayesi nümayəndələri ilə keçirilən görüşdə o, silah istehsalçılarını federal büdcədən “Kanadanın müdafiə qabiliyyətinin yenidən qurulması” üçün iri maliyyə vəsaitlərinin tezliklə ayrılmasına hazır olmağa çağırıb.

Makqinti konkret rəqəmləri açıqlamasa da, bu artımın ölkənin payızda təqdim olunacaq yeni büdcəsində əksini tapacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti