...

ABŞ-də məhkəmə Trampın gömrük rüsumları ilə bağlı fərmanını əngəlləyib

Dünya xəbərləri Materials 29 May 2025 09:23 (UTC +04:00)
ABŞ-də məhkəmə Trampın gömrük rüsumları ilə bağlı fərmanını əngəlləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin federal Beynəlxalq Ticarət Məhkəməsi Prezident Donald Trampın genişmiqyaslı idxal rüsumlarının tətbiqi ilə qərarını bloklayaraq, onun iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə ciddi zərbə vurub.

Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.

Beynəlxalq Ticarət Məhkəməsi qərara alıb ki, Ağ Evin istinad etdiyi fövqəladə vəziyyət qanunu prezidentə, demək olar ki, bütün ölkələrə birtərəfli qaydada rüsum tətbiq etmək səlahiyyəti vermir.

Məhkəmə, eyni zamanda, ABŞ-nin Çin, Meksika və Kanadaya tətbiq etdiyi əlavə rüsumların da qarşısını alıb.

Məhkəmə Ağ Evə gömrük rüsumlarının dayandırılması ilə bağlı bürokratik prosesi yekunlaşdırmaq üçün 10 gün vaxt verib, hərçənd hazırda bu rüsumların əksəriyyətinin tətbiqi artıq dayandırılıb.

Lakin prosesin tam başa çatması üçün apelyasiya məhkəməsi başa çatmalıdır, işin hətta ABŞ ali məhkəməsinə qədər gedib çıxacağı istisna edilmir.

Qərardan cəmi bir neçə dəqiqə sonra Tramp administrasiyası qərardan apelyasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti