Bakı. Trend:
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni müdafiə naziri təyin edib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Dövlət başçısının fərmanı ilə Dauren Jumatayeviç Kosanov Qazaxıstan Respublikasının müdafiə naziri təyin edilib", - deyə bildirilib.
Qeyd edək ki, bundan əvvəl Tokayev müdafiə naziri postunu tutan Ruslan Jaksılykovu vəzifəsindən azad edib.
