Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskla dostluq münasibətlərinin bitdiyini hesab edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "NBC News" telekanalına deyib.
"Güman edirəm ki, bəli", - deyə Tramp bildirərək gələcəkdə İlon Mask ilə əlaqə saxlamaq niyyətində olduğunu qeyd edib.
"Mənim çoxlu başqa işlərim var. Onunla danışmaq fikrində deyiləm", - deyə D.Tramp əlavə edib.
Amerika prezidenti İ.Maskın prezidentlik institutuna qarşı hörmətsiz münasibətinə diqqət çəkib.