...

Lavrov Tramp-Putin münasibətlərindən danışıb

Dünya xəbərləri Materials 9 İyun 2025 15:56 (UTC +04:00)
Lavrov Tramp-Putin münasibətlərindən danışıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında münasibətlər işgüzar münasibətlərdir və liderlər telefon danışıqları zamanı məsələlərin mahiyyətini müzakirə edirlər.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bunu “Gələcək Forumu - 2050”də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O hesab edir ki, prezidentlər arasında qurulan münasibətlər işgüzar münasibətlərdir, onların heç bir müqəddimə və ya təqdimata ehtiyacı yoxdur.

"Onlar müntəzəm telefon danışıqları zamanı dərhal mahiyyətə varırlar. Məncə, bu belə olmalıdır. Həmişə mövqeyinizi birbaşa bildirmək daha yaxşıdır, o zaman heç bir illüziya və ya yarımçıq ümidlər qalmayacaq", - XİN rəhbəri qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti