...

Londonda ABŞ ilə Çin arasında ticarət danışıqları keçirilib

Dünya xəbərləri Materials 10 İyun 2025 01:32 (UTC +04:00)

Bakı. Trend:

ABŞ və Çin ikitərəfli ticarət fərqlərini həll etmək üçün Londonda yüksək səviyyəli danışıqların növbəti raundu keçiriblər.

Trend-in məlumatına görə, bu barədə "Associated Press" qəzeti xəbər verib.

Məlumata əsasən, Çin nümayəndə heyətinə Baş nazirin müavini He Lifeng, Amerika tərəfinə isə ABŞ-ın ticarət naziri Hovard Lutnik, maliyyə naziri Skott Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qri rəhbərlik edirdi.

"Tariflər, nadir torpaq elementlərinə ixrac məhdudiyyətləri və avtomobil istehsalçılarını və digər sənaye sahələrini narahat edən qabaqcıl texnologiyalar müzakirə olunub", deyə bildirilib.

Danışıqların əsas mövzusunun Çindən nadir torpaq elementlərinin ixracı məsələsi olacağı gözlənilirdi.

Xəbər lenti

Xəbər lenti