Bakı. Trend:
Kanadanın baş naziri Mark Karni Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudu qarşıdan gələn G7 sammitində iştirak etməyə dəvət edib.
Trend-in məlumatına görə, bu barədə "Global News" televiziya kanalı xəbər verib.
Kanalın mənbələri vəliəhdin Kanada hökuməti başçısının dəvətini qəbul etməsini hələki təsdiqləyə bilməyib. Qeyd olunub ki, Məhəmməd bin Salman Əl Səud ötən il İtaliyada keçirilən G7 liderlərinin görüşünə dəvət olunmasına baxmayaraq iştirak etməyib.
Qeyd edək ki, 2025-ci il G7 sammiti iyunun 15-dən 17-dək Kanadanın Kananaskis kurort bölgəsində (Alberta vilayəti) keçiriləcək.