Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərində qanunsuz miqrantların kütləvi deportasiyasına etirazlar səngimək bilmir. Bu gecə şəhərin küçələrində yenidən etirazçılarla asayiş keşikçiləri arasında qarşıdurma yaşanıb.
Bu barədə Trend xarici KİV-ə istinadən xəbər verir.
İğtişaşların meydana gəlməsində sonra hadisə yerinə əlavə polis qüvvələri səfərbər edilib. Çılğın etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz, şok qumbaraları tətbiq olunub.
Naməlum şəxslər etirazların keçirildiyi əraziyə yük maşınları ilə daxil olaraq, aksiya iştirakçılarına bionik qoruyucu şlemlər və əleyhqazlar paylamağa başlayıb.
Xatırladaq ki, Los-Ancelesdə kütləvi etirazlar iyunun 6-dan bəri davam edir.