Bakı. Trend:
Rusiyanın Sankt-Peterburq şəhərinin Pulkovo aeroportuna təyyarələrin uçuşu və enişinə qoyulmuş müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Trend xəbər verir ki, bu haqda Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) mətbuat katibi Artyom Korenyako “Telegram” kanalında yazıb.
“Pulkovo aeroportunda hava gəmilərinin qəbulu və buraxılışına qoyulmuş məhdudiyyətlər aradan qaldırılıb”, -deyə Korenyako bildirib.
Bundan əvvəl Rosaviasiya rəsmisi Moskvanın Vnukovo, Domodedovo, Jukovskiy və Şermetyevo aeroportlarının uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyətini dayandırdığını elan etmişdi. Sonradan paytaxt aeroportlarının normal fəaliyyəti bərpa olunmuşdu.