...

Asteroidin Ayla toqquşma riski artıb - NASA

Dünya xəbərləri Materials 10 İyun 2025 14:32 (UTC +04:00)
Asteroidin Ayla toqquşma riski artıb - NASA
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

NASA alimləri şərti olaraq "2024 YR4" adlandırılan asteroidi əvvəl Yer planetinə təhdid sayırdılarsa, son hesablamalara görə, indi onun Yerin təbii peyki olan Ayla toqquşması riski əhəmiyyətli artıb. Gözlənilən tarix - 22 dekabr 2032-ci ildir.

Trend xəbər verir ki, bu barədə “Independent” nəşri yazır.

NASA-nın Cemyz Uebb Kosmik Teleskopundan asteroidin orbiti ilə bağlı aparılan müşahidələr və hərəkət trayektoriyası ilə bağlı hesablamalara əsasən, Ayla toqquşma ehtimalı 3,8 faizdən 4,3 faizə yüksəlib.

NASA alimləri əmin edir ki, asteroid Yer planetinə 2032-ci ilə qədər və ya ondan sonra heç bir ciddi risk yaratmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti