...

Rumıniyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 10 İyun 2025 16:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyanın Sovet İttifaqının dağılmasından sonra ilk müstəqil prezidenti olmuş İon İliyesku xəstəxana yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.

Sabiq dövlət başçısının səhhəti ilə əlaqədar intensiv terapiya şöbəsinə köçürüldüyü bildirilir. Ona konkret hansı diaqnozun qoyulduğu barədə məlumat verilmir.

95 yaşlı İliyesku 1989-cu ilin dekabrında Çauşesku rejiminin süqutundan sonra Rumıniyada hakimiyyətə gəlib. O, üç dəfə Rumıniyanın dövlət başçısı olub - 1989-1992-ci illərdə Milli Qurtuluş Cəbhəsi Şurasının sədri, 1992-1996-cı illərdə və 2020-ci illərdə ölkə prezidenti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti