...

Avstriya məktəbində qanlı hücum həyata keçirmiş şəxsin evində partlayıcı cihaz aşkarlanıb

Dünya xəbərləri Materials 11 İyun 2025 11:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstriya polisi Qrats şəhər məktəbində qanlı hücum həyata keçirmiş şəxsin evindən kustar üsulla hazırlanmış partlayıcı cihaz aşkarlayıb.

Trend xəbər verir ki, bu barədə “Heute” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata əsasən, 21 yaşlı Qrats sakini Artur A.-nın hazırladığı cihaz “funksional” olmayıb. Mənbələr bildiriblər ki, silahlı hücumu keçirməzdən əvvəl o, qaldığı valideynlərinin evində anasına ünvanlanmış vida videomüraciətini hazırlayıb. Həmin videoda onun planlaşdırdığı hücumu “öz istəyi ilə” həyata keçirəcəyini dediyi bildirilir.

Videomüraciəti təxminən 24 dəqiqədən sonra mesajla qəbul edən ana dərhal polisə müraciət etsə də, həmin an artıq oğlu məktəbdə şagirdləri güllələməyə başlayıb.

10 nəfəri qətlə yetirdikdən sonra o, məktəb binasında intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti