...

Tramp Şimali Koreya lideri ilə dialoqa açıqdır – Ağ Ev

Dünya xəbərləri Materials 12 İyun 2025 01:02 (UTC +04:00)
Tramp Şimali Koreya lideri ilə dialoqa açıqdır – Ağ Ev
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yenidən dialoq qurmağa açıqdır.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Prezident hələ də Kim Çen Inla yazışmaqda maraqlıdır. O, ümid edir ki, 2018-ci ildə Sinqapur sammitinin nəticələrinə əsasən irəliləyiş əldə oluna bilər", – deyə Livitt Trampın KXDR liderinə məktub göndərməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Mətbuat katibi əlavə edib ki, məsələ ilə bağlı daha ətraflı məlumatı yalnız ABŞ Prezidenti verə bilər.

Xəbər lenti

Xəbər lenti