...

Tramp əleyhdarları iyunun 14-də ABŞ boyu etiraz aksiyaları keçirəcəklər

Dünya xəbərləri Materials 12 İyun 2025 01:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın əleyhdarları iyunun 14-də ölkənin müxtəlif şəhər və qəsəbələrində genişmiqyaslı etiraz aksiyaları keçirməyə hazırlaşırlar.

Trend xəbər verir ki, aksiyaların təşkilatçıları bu barədə məlumatı öz rəsmi saytlarında yayıblar. “No Kings” (“Krallara yox”) adlı kampaniya çərçivəsində keçiriləcək tədbirlər ümummilli itaətsizlik günü kimi təqdim olunur.

“Avtoritarizmi rədd etmək və əsl demokratiyanın nə olduğunu göstərmək üçün böyük şəhərlərdən tutmuş kiçik qəsəbələrə, məhkəmə binalarından ictimai parklara qədər toplanacağıq”, – deyə bəyanatda vurğulanır.

Etiraz aksiyaları Trampın doğum günü, ABŞ Bayraq Günü və Quru Qoşunlarının yaradılmasının 250 illiyi münasibətilə keçiriləcək hərbi paradla eyni gündə baş tutacaq. Təşkilatçılar bu simvolik uyğunluğu xüsusi vurğulayaraq, aksiyaların məqsədinin həm ictimai şüurun oyadılması, həm də avtoritar meyllərə qarşı birlik nümayiş etdirmək olduğunu bildiriblər.

Xəbər lenti

Xəbər lenti