...

Çin 240 saatlıq vizasız tranzit proqramına daha bir ölkə əlavə etdi

Dünya xəbərləri Materials 12 İyun 2025 08:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin tranzit marşrutu ilə ölkəyə daxil olan xarici vətəndaşların vizasız qalmasına icazə verilən ölkələrin sayını 55-ə çatdırıb.

Trend-in Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, Çin Xalq Respublikasının İmmiqrasiya Məsələləri üzrə Dövlət Administrasiyası bildirib ki, bu siyahıya son olaraq İndoneziya da əlavə edilib. İyunun 12-dən etibarən İndoneziya vətəndaşları ÇXR-in 24 inzibati bölgəsində yerləşən 60 giriş limanı vasitəsilə ölkəyə daxil olub 240 saata (10 günə qədər) qədər vizasız qala bilərlər.

Bu imkandan yararlanmaq üçün vətəndaşların Çindən üçüncü ölkəyə keçən təsdiqlənmiş tranzit marşrutu üzrə sənədləri təqdim etməsi tələb olunur.

Qeyd edək ki, Çin 2023-cü ildən etibarən viza rejimini mərhələli şəkildə yumşaldır. Bu tədbirlər nəticəsində 2024-cü ildə vizasız proqram çərçivəsində Çinə 3,39 milyon əcnəbi səfər edib ki, bu da əvvəlki illə müqayisədə 13 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti