...

İran-İsrail gərginliyi fonunda daha bir ölkə hava məkanını bağladı

Dünya xəbərləri Materials 13 İyun 2025 10:25 (UTC +04:00)
İran-İsrail gərginliyi fonunda daha bir ölkə hava məkanını  bağladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran, İraq və İsrailin ardınca daha bir ölkə - İordaniya öz hava məkanını bağlayıb.

Trend xəbər verir ki, bu barədə “Petra” agentliyi krallığın Mülki Aviasiyanın Tənzimlənməsi üzrə Komissiyasına (CARC) istinadən məlumat yayıb.

“Qurumun baş komissarı Heytəm Misto bu gün verdiyi açıqlamada bildirib ki, qərar mülki aviasiya sahəsində beynəlxalq standartlara və uçuş təhlükəsizliyi ilə bağlı öhdəliklərə uyğundur. Misto qeyd edib ki, bu qərar qurum tərəfindən mülki aviareyslərin və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilən ehtiyat tədbirlərinin bir hissəsidir”, – deyə nəşrdə bildirilir.

Həmçinin, CARC bildirib ki, aviaşirkətlərlə əlaqə saxlanılması davam edir və onlara operativ şəkildə müvafiq məlumatlar təqdim olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti