...

BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkməyə hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 13 İyun 2025 12:48 (UTC +04:00)
BAEA rəhbəri İranın nüvə obyektlərinə baş çəkməyə hazır olduğunu bildirib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Atom Enerji Agentliyinin baş direktoru Rafael Qrossi İsrailin zərbələrindən sonra nüvə obyektlərindəki vəziyyətin yerində qiymətləndirilməsi üçün İrana səfər etməyə hazır olduğunu bəyan edib.

Trend xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

“Mən agentliyin mandatına uyğun olaraq nüvə obyektlərinin qorunmasına və onların yalnız dinc məqsədlərlə istifadəsinə dəstək göstərmək üçün bütün maraqlı tərəflərlə əməkdaşlıq etməyə hazıram. Bu, lazım gələrsə, bizim zəmanət müfəttişlərimizə əlavə olaraq nüvə təhlükəsizliyi üzrə ekspertlərin İrana ezam olunması imkanını da əhatə edir ki, obyektlərin etibarlı şəkildə qorunub-qorunmadığını və onların yalnız dinc məqsədlərlə istifadə olunub-olunmadığını yoxlaya bilək”, – deyə o bildirib.

Qrossi əlavə edib ki, yaxın vaxtlarda İrana səfər etməyə və nüvə təhlükəsizliyi və yayılmamanın təmin olunmasına dəstək göstərməyə hazır olması barədə aidiyyəti qurumları məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti