Bakı. Trend:
İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı davam edən hərbi kampaniya ilə əlaqədar vəziyyətin qiymətləndirilməsi üçün iclas keçirəcək
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, müzakirədə ölkənin müdafiə naziri İsrael Kats, "Mossad" rəhbəri Dadi Barnea, İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir və digər yüksək səviyyəli təhlükəsizlik rəsmiləri iştirak edəcək.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.