...

Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb

Dünya xəbərləri Materials 13 İyun 2025 18:33 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi artıb
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

2025-ci ililin ilk dörd ayı ərzində Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsi 20 faiz artıb.

Trend Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın ölkədəki səfiri Alim Bayel ölkənin kənf təsərrüfatı sahəsinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Diplomatın sözlərinə görə, hazırda iki ölkə arasında ticarət dövriyyəsi bütün müstəqillik dövrü ərzində rekord səviyyəyə çatıb.

“Bu il Qazaxıstanın Azərbaycanın əsas taxıl tədarükçüsünə çevrilməsi xüsusilə sevindirir. Belə ki, 2025-ci ilin yanvar-may aylarında Qazaxıstandan Azərbaycana 450 min ton taxıl ixrac olunub, bu da 95 milyon dollar məbləğində dəyərləndirilir. Bu göstərici 2024-cü ilin anoloji dövrü ilə müqayisədə 86 faiz artım deməkdir. Azərbaycanın ümumi taxıl idxalında Qazaxıstan buğdasının payı rekord həddə — 88 faizə çatıb”, — deyə səfir qeyd edib.

Qazaxıstanın Bakıda yerləşən səfirliyində keçirilən tədbirdə Qazaxıstandan olan kənd təsərrüfatı məhsulları istehsalçıları ilə yanaşı, Azərbaycanın aparıcı holdinqlərinin, şirkətlərinin, supermarket şəbəkələrinin və un dəyirmanlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı Alim Bayel Qazaxıstanın aqrar-sənaye kompleksi sahəsindəki investisiya imkanları, kənd təsərrüfatı məhsullarının emalı sahəsindəki prioritet layihələr barədə danışıb və sahibkarları fəal investisiya və ticari-iqtisadi qarşılıqlı fəaliyyətə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti