Bakı. Trend:
Ağ Ev Pentaqon və NASA-ya İlon Maska məxsus “SpaceX” şirkəti ilə bağlanmış iri dövlət müqavilələrinin yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.
Trend-in “Reuters”ə istinadən məlumatına görə, müqavilələrin yenidən qiymətləndirilməsi ABŞ Prezidenti Donald Tramp və İlon Mask arasındakı ictimai münasibətlərin aydınlaşdırılmasından sonra başlanıb və bu addımın Mask və onun şirkətlərinə qarşı “mümkün qisas” məqsədi daşıdığı iddia olunur. Mənbələrdən biri “Reuters”ə bildirib ki, bu icmal siyasi təzyiq vasitəsi kimi istifadə oluna bilər.
Bundan başqa, ABŞ Müdafiə Nazirliyi “SpaceX”in planlaşdırılan Amerika raket əleyhinə müdafiə sistemi “Golden Dome”da oynaya biləcəyi rolu azaldıb-azaltmayacağı məsələsini araşdırır.
Hələlik, ABŞ hökumətinin Maskın şirkətləri ilə müqavilələri qanuni və praktiki əsaslarla ləğv edib-edə bilməyəcəyi dəqiq deyil.