...

Düsseldorfdakı atəşfəşanlıq nəticəsində 19 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 19 İyul 2025 12:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Düsseldorf şəhərində keçirilən ənənəvi “Rheinkirmes” festivalında atəşfəşanlıq zamanı baş verən qəza nəticəsində azı 19 nəfər xəsarət alıb.

Trend “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə iyulun 18-də axşam saatlarında fişənglərin çox alçaqdan partlaması nəticəsində baş verib.

Xəsarət alanlardan 6-sının vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, fişəngin buraxıldığı qurğulardan biri aşıb və fişənglər izdihamın üzərinə düşüb.

Hadisə yerinə çoxsaylı təcili yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı ehtiyatsızlıqdan xəsarətyetirmə maddəsi üzrə araşdırma aparır.

Xəbər lenti

Xəbər lenti