Bakı. Trend:
Bu ilin birinci yarısında Finlandiya bələdiyyələri məşğulluq vəziyyətinin əlverişsiz olması səbəbindən ölkə büdcəsinə təxminən 347 milyon avro cərimə ödəyib.
Trend xəbər verir ki, bu barədə "Yle" Finlandiya Sosial Sığorta Təşkilatı (Kela) tərəfindən yayımlanan məlumatlara istinadla yazır.
Məlumata görə, ötən illə müqayisədə ölkədə işsizlik səviyyəsi 47 faiz artıb. Hazırda işsizlərin sayı vakant iş yerlərindən bir neçə dəfə çoxdur.
Qeyd olunur ki, bu ilin əvvəlindən etibarən işsizlik cərimələri artırılıb. Əgər məşğulluq səviyyəsi yaxşılaşmasa, bələdiyyələr işsizlik müavinətlərinin bir hissəsini dövlət idarəsinə geri ödəməli olacaqlar.
Cərimənin həcmi uzun müddət işsiz qalan şəxslərin sayından asılı olacaq.