Bakı. Trend:
İndoneziyanın Talise adası yaxınlığında göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanıb.
Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı dörd nəfərin həyatını itirdiyini bildirir.
150 turist təxliyə edilib. Digər sərnişinlərin taleyi isə hələ də məlum deyil.