Bakı. Trend:
İsrail baş naziri Benyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib.
Trend xəbər verir ki, Netanyahunun qidadan zəhərləndiyi bildirilir.
Müayinənin nəticəsində ona bağırsaq iltihabı diaqnozu qoyulub.
Həkimlərin göstərişlərinə uyğun olaraq Netanyahu növbəti üç günü evində keçirəcək.