...

İran HHM sistemlərini yeniləyib

Dünya xəbərləri Materials 20 İyul 2025 18:52 (UTC +04:00)

Bakı. Trend:

İran silahlı qüvvələri İsraillə 12 gün davam edən müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə sistemlərini yeniləyərək, qısa müddətdə ölkənin müdafiə qabiliyyətini bərpa etməyə nail olub.

Trend-in məlumatına görə, bunu İran ordusu komandanının müavini admiral Mahmud Musəvi bildirib.

“İsrail müharibənin əvvəlində əsasən hava hücumundan müdafiə sistemlərinə və digər müdafiə obyektlərinə zərbələr endirməyə çalışdı. Bəzi sistemlərimiz zədələnsə də, hərbçi yoldaşlarımızın fədakar səyləri nəticəsində həmin sistemlər dərhal yenilənərək əvvəlcədən müəyyənləşdirilmiş mövqelərdə yerləşdirildi. İran hərbçiləri fasiləsiz şəkildə düşmənlə qarşıdurmada olub və hava hücumundan müdafiə sistemlərinin döyüş hazırlığını təmin edərək İsrailin planlarının qarşısını ala bilib", – deyə Musəvi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti