...

Avropa ölkələri ABŞ mallarına idxal rüsumları tətbiq etməyəcək

Dünya xəbərləri Materials 21 İyul 2025 00:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqtonun avqustun 1-də planlaşdırdığı oxşar addımlarına cavab olaraq Avropa ölkələri ABŞ mallarına idxal rüsumları tətbiq etməyəcək.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik CBS telekanalının efirində bildirib.

O deyib: “Bu gün ticarət danışıqlarında Aİ nümayəndələri ilə telefonla danışdım. Tərəflərin razılığa gəlməsi üçün kifayət qədər imkanlar var.”

Nazir tərəflərin gec-tez bu məsələni həll edəcəyinə əmindir. Eyni zamanda Latnik ABŞ-nin avqustun 1-dən Avropa mallarına gömrük rüsumları tətbiq etmək planlarından vaz keçməyəcəyini bildirib. Bununla belə, tərəflər bu müddətdən sonra danışıqları davam etdirə bilərlər.

Xəbər lenti

Xəbər lenti