Bakı. Trend:
Qazaxıstan-Özbəkistan sərhədində yanacaq-sürtkü materiallarının qaçaqmalçılığı üçün qazılmış 450 metr uzunluqda tunel aşkarlanaraq məhv edilib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi (MMA) məlumat yayıb.
"Prokurorluğun əlaqələndirilməsi ilə, MMA-nın Türküstan vilayəti üzrə departamenti və Milli Təhlükəsizlik Komitəsinin (MTK) departamenti tərəfindən, habelə Özbəkistan hüquq-mühafizə orqanlarının dəstəyi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində neft məhsullarının yeraltı tunel vasitəsilə qaçaqmalçılığını təşkil etmiş beynəlxalq cinayətkar qrupun fəaliyyətinə son qoyulub", – deyə agentliyin məlumatında bildirilir.
Verilən məlumata əsasən, Qazaxıstanla Özbəkistan arasında sərhəd zonasında bir qrup şəxs tərəfindən uzunluğu 450 metr olan yeraltı tunel çəkilib və bu tunel vasitəsilə təxminən iki ay ərzində qaçaqmalçılıq fəaliyyəti həyata keçirilib.
“Əməliyyat zamanı cinayət sxemində iştirak edən bütün şəxslər, o cümlədən, Özbəkistan vətəndaşları müəyyən edilib. Qazaxıstan Respublikasının beş vətəndaşı şübhəli şəxs qismində tanınıb.