...

Estoniya Lukaşenko daxil olmaqla, 300-ə yaxın Belarus vətəndaşına sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 24 İyul 2025 13:14 (UTC +04:00)
Estoniya Lukaşenko daxil olmaqla, 300-ə yaxın Belarus vətəndaşına sanksiya tətbiq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya hökuməti Belarus prezidenti Aleksandr Lukaşenko daxil olmaqla, bu ölkənin 273 vətəndaşının Estoniyaya girişinə müddətsiz qadağa qoyub.

Trend xəbər verir ki, barədə ERR teleradio şirkəti məlumat yayıb.

“Estoniya hökuməti cümə axşamı Belarusla bağlı sanksiyaları müddətsiz etmək və hakimiyyətin əsas nümayəndələrinin ölkəyə girişinə qoyulan qadağanı davam etdirmək barədə qərar qəbul edib. Sanksiya tətbiq olunan şəxslərin siyahısında ümumilikdə 273 nəfər yer alır. Onların arasında Aleksandr Lukaşenko da var”, – deyə şirkətin saytında dərc olunmuş xəbərdə qeyd olunub.

Məlumatda o da qeyd olunur ki, bu təşəbbüs Estoniyanın xarici işlər naziri Margus Tsaxna tərəfindən irəli sürülüb. Bu, guya Belarusda insan hüquqlarına riayət olunmaması ilə bağlı vəziyyətlə əlaqələndirilir.

Belarus rəsmilərinə qarşı ilk sanksiyalar 2020-ci ildə tətbiq olunmuş və bir neçə dəfə uzadılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti