...

Bu ölkə köhnə bunkerləri istifadəyə qaytarır

Dünya xəbərləri Materials 24 İyul 2025 20:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrə ordusu uzun illər istifadəsiz qalmış müharibə dövrünə aid bunkerləri yenidən aktivləşdirir.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmin bunkerləri müasir müdafiə mərkəzlərinə çevirmək üçün texnoloji şirkətlərlə, tədqiqatçı və startaplarla əməkdaşlığa başlanılıb.

Məqsəd innovativ və səmərəli yollarla bu obyektləri yenidən istifadə etməkdir.

Qeyd edək ki, İsveçrə ərazisində 1990-cı illərdən istifadəsiz qalmış təxminən 8 min bunker var. Bu bunkerlərin bəziləri 1886-cı ildən mövcuddur. Onların bir çoxu strateji nöqtələr, məsələn, Sent-Qotard dəmir yolu və Alp keçidləri üzərində qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti