...

Bir neçə ölkədə Starlink istifadəçiləri peyk rabitəsində problemlərlə üzləşiblər

Dünya xəbərləri Materials 25 İyul 2025 03:47 (UTC +04:00)
Bir neçə ölkədə Starlink istifadəçiləri peyk rabitəsində problemlərlə üzləşiblər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə ölkədə Starlink peyk interneti istifadəçiləri kütləvi nasazlıqlardan şikayətləniblər.

Trend-in "Downdetector" xidmətinə istinadən verdiyi məlumata görə, şikayətlərin 60%-i internetin işləməməsi, 40%-i isə əlaqənin tamamilə kəsilməsi ilə bağlıdır.

Xüsusilə ABŞ-da təxminən 63.000 istifadəçi Starlink-də fasilələrin baş verdiyini bildirib. Kanadada bu rəqəm 13 mini, Almaniyada isə 11 mini keçib.

Həmçinin Böyük Britaniya, Avstraliya, Meksika, Argentina, Çili və Braziliya kimi ölkələrdə də genişmiqyaslı fasilələr qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti