Bakı. Trend:
Bosniya və Herseqovinanın Prozor-Rama bələdiyyəsində böyük miqyaslı meşə yanğını baş verib.
Trend-in məlumatına görə, alovların Kolivret, Podbor və Ploçe bölgələrində yerləşən yaşayış məntəqələrinə doğru irəlilədiyi bildirilir.
Regionun Mülki Müdafiə Qərargahının nümayəndəsi Pero Pavloviç yanğının çox ciddi xarakter daşıdığını və beynəlxalq yardımın istənildiyini açıqlayıb.
Hazırda güclü külək yanğının söndürülməsini çətinləşdirir, bu isə təhlükənin daha geniş əraziyə yayılmasına səbəb ola bilər.
Hadisə ilə bağlı əlavə məlumatlar yaxın saatlarda gözlənilir.