Bakı. Trend:
Qazaxıstanın paytaxtı Astanada Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev və Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı tərəflər siyasi dialoqun möhkəmlənməsi və çoxşaxəli qarşılıqlı fəaliyyətin genişlənməsi ilə səciyyələnən ikitərəfli əməkdaşlığın yüksək dinamikasını qeyd ediblər.
Qazaxıstanın xarici siyasət idarəsinin rəhbəri Murat Nurtleu bildirib ki, dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə sayəsində iki ölkə arasındakı münasibətlər qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəsinə yüksəlib.
“Qazaxıstan qarşılıqlı hörmət, etimad və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qardaş Qırğızıstanla müttəfiqlik əlaqələrinin hərtərəfli dərinləşdirilməsinə sadiqdir”, – deyə Nurtleu vurğulayıb.