...

Tailand və Kamboca sərhəd məsələləri üzrə danışıqlara başlayır

Dünya xəbərləri Materials 3 Avqust 2025 03:48 (UTC +04:00)
Tailand və Kamboca sərhəd məsələləri üzrə danışıqlara başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Malayziya avqustun 4-dən 7-dək paytaxt Kuala-Lumpur şəhərində Tailand və Kamboca arasında sərhəd mübahisələrinin həllinə dair danışıqlara ev sahibliyi edəcək.

Trend xəbər verir ki, bu barədə məlumatı "The Straits Times" yayıb.

Malayziya Silahlı Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, danışıqlar iyulun 28-də əldə olunmuş atəşkəs razılaşmasının bir hissəsi olaraq keçiriləcək və məqsəd iki ölkə arasında sərhəd üzrə gərginliyi aradan qaldırmaqdır.

Bəyanatda qeyd olunur ki, danışıqlar çərçivəsində ASEAN müşahidəçi qrupunun sərhəd bölgəsinə yerləşdirilməsi məsələsi də müzakirə olunacaq. Məsləhətləşmələrə qədər Tailand və Kamboca hərbçiləri arasında ilkin görüşün keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti