Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatında şənbə günü 3 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Bergen qraflığının Hasbrouck Heights bölgəsində olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Zəlzələ Nyu-Yorkda da hiss olunub. Hazırda mümkün dağıntılar və insan tələfatı barədə məlumat verilməyib.
Nyu-York Fövqəladə Halların İdarə Edilməsi Departamenti sosial şəbəkədə yaydığı məlumatda hadisəni izlədiklərini və əhalini rəsmi mənbələrdən gələn xəbərləri izləməyə çağırdıqlarını bildirib.