...

Alman qırıcıları Polşanın hava məkanında patrul həyata keçirəcək

Dünya xəbərləri Materials 4 Avqust 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya hərbi hava qüvvələri Polşaya 5 ədəd “Eurofighter” qırıcısı göndərəcək, onlar yaxın həftələrdə Polşa hava məkanının mühafizəsini həyata keçirəcəklər.

Trend xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkə hesabında açıqlayıb.

“Beş alman “Eurofighter EF-2000 Typhoon” (qırıcısı) yaxın həftələrdə NATO-nun şərq cinahına aid hava məkanını müdafiəsinə dəstək göstərəcək”,- nazir qeyd edib.

O əlavə edib ki, qırıcılar Varşava yaxınlığında yerləşən Minsk-Mazovks aerodromunda qərarlaşaq

Qeyd edək ki, Polşanın hava məkanının patrulu üzrə əsas tapşırıqları NATO Air Policing əməliyyatının iştirakçıları yerinə yetirir, hazırkı rotasiyaya əsasən döyüş növbəsində isveçə aid JAS-39 Gripen qırıcıları yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti