Bakı. Trend:
ABŞ Dövlət Departamenti ölkəyə giriş vizalarının verilməsi üçün 15 min dollara qədər nağd pul girovu tələb edən pilot proqramın başladığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Departamentinin yaydığı bildirişdə yer alıb.
Yeni proqram yalnız B-1 (işgüzar) və B-2 (turist) kateqoriyalarına aid vizalara şamil olunur. O, əsasən ABŞ-yə daxil olduqdan sonra icazə verilən qalma müddətini tez-tez pozan ölkələrin vətəndaşlarını əhatə edəcək.
Bildirilir ki, tələb olunan girov məbləği şəxsin ABŞ-ni vaxtında tərk etməsi halında tam şəkildə geri qaytarılacaq.
Proqramın əsas məqsədi viza rejiminin pozulmasının qarşısını almaq və ABŞ-də qalma qaydalarına əməl edilməsini təşviq etməkdir.