Bakı. Trend:
Hindistanda mefedron istehsalı üzrə narkolaboratoriya açmış iki müəllim həbs olunub.
Trend bu barədə NDTV-ə istinadən xəbər verir.
Narkotiklərə Nəzarət Bürosunun məlumatına görə, həbs edilənlər 25 yaşlı Manoc Bharqav — Muklav şəhərində dövlət orta məktəbində təbiət elmləri müəllimi və sabiq fizika müəllimi İndracit Vişnoydur. Onlar narkotik istehsal etdikləri kustar laboratoriyanı icarəyə götürdükləri yaşayış kompleksində yerləşən mənzildə quraraq iki ay yarım fəaliyyət göstəriblər.
Polisin məlumatına görə, şübhəlilər kimyəvi maddələri və avadanlıqları Dehlidən alır, daha sonra məzuniyyət götürərək mefedron bişirirdilər. Bu müddətdə onlar təxminən 5 kq maddə istehsal etməyə nail olublar ki, onun ümumi bazar dəyəri 136 min ABŞ dolları təşkil edir. Onun 4,22 kq-ı artıq satılmışdı.
Axtarış zamanı hüquq-mühafizə orqanları 780 qram narkotik vasitə, müasir laboratoriya avadanlıqları və bir sıra kimyəvi prekursorlar aşkarlayıb.