...

ABŞ-nin Pensilvaniya ştatında atışma baş verib

Dünya xəbərləri Materials 7 Avqust 2025 23:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Pensilvaniya ştatında baş verən atışma nəticəsində iki təhlükəsizlik qüvvəsi əməkdaşı güllələnib.

Trend-in “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Coş Şapiro məlumat yayıb.

Onun sözlərinə görə, insident ştatın şimal-şərqində baş verib. Hazırda Pensilvaniya Dövlət Polisinin polkovniki Kristofer Paris hadisə yerindədir, yaralanan hərbçilər isə xəstəxanaya yerləşdirilib.

Qubernator bildirib ki, hər iki əməkdaşın vəziyyəti stabildir: “Onlar üçün dua edirik”.

C. Şapiro özünün də hadisə yerinə gedəcəyini açıqlayıb, lakin atışmanın başvermə şəraiti ilə bağlı əlavə məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti