Bakı. Trend:
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda baş verən zəlzələ zamanı uçan binanın dağıntıları altında axtarış-xilasetmə işləri başa çatıb. Dağıntılar altından çıxarılan dörd nəfərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama verən Ali Yerlikaya bölgədə 16 tikilinin dağıldığını, onlardan sadəcə dördündə yaşayışın olduğunu və hazırda xəsarət alan 29 nəfərin müalicəsinin xəstəxanalarda davam etdiyini deyib.
Nazir səhərin ilk saatlarından etibarən bölgədə dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmaların başladılacağını bildirib.
xxx
23:21
Türkiyənin Balikesir vilayətində zəlzələdən sonra uça binanın dağıntıları altında qalan 5 nəfər xilas edilib.
Trend-in məlumatına görə, davam edən işlər çərçivəsində dağıntılar altından daha bir nəfər xilas edilib. Həmin şəxs təcili yardıma aparılıb.
Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Bildirilib ki, axtarış-xilasetmə işləri davam edir.
Bundan əvvəl daha bir nəfər də dağıntılar altından çıxarılıb.
xxx
22:19
Türkiyədə baş verən zəlzələ nəticəsində 10 bina uçub.
Trend-in məlumatına görə, bu barədə Sındırgı rayonunun Bələdiyyə Başçısı Serkan Sak bildirib.
Onun sözlərinə görə, dağıntılar altında qalan 3 nəfər xilas edilib. O qeyd edib ki, digər sakinlərin xilas etməsi üçün işlər davam edib.
21:18
xxx
Türkiyənin Balikesir vilayətində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi (AFAD) xəbər verib.
Məlumata əsasən, zəlzələnin ocağı 11 km dərinlikdə olub.
Bildirilib ki, zəlzələ Balıkəsir vilayəti ilə yanaşı, İzmir, Kütahya, Yalova, İstanbul, Manisa, Uşak, Aydın, Əskişəhər, Sakarya, Yalova və Tekirdağda da hiss olunub.
Zəlzələ nəticəsində bir binanın uçduğu bildirilib.
