...

Avstraliya yaxın günlərdə Fələstini tanıya bilər

Dünya xəbərləri Materials 11 Avqust 2025 05:11 (UTC +04:00)

Bakı. Trend:

Avstraliya yaxın günlərdə Fələstin dövlətini tanımağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Sydney Morning Herald" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Avstraliyanın baş naziri Entoni Albaneze ölkənin Fələstin dövlətini tanımaq planlarını açıqlamağa hazırlaşır.

Ölkənin Nazirlər Kabinetinin qərar qəbul etmək üçün iclasa hazırlaşdığı bildirilib.

Nəşrin mənbələrinə görə, Fələstinin tanınması ilə bağlı qərar bu gün və ya yaxın günlərdə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti