...

Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər

Dünya xəbərləri Materials 13 Avqust 2025 00:54 (UTC +04:00)
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin və Hindistan arasında 2020-ci ildə dayandırılan birbaşa uçuşların sentyabrın əvvəlində bərpa ediləcəyi gözlənilir.

Trend-in Bloomberg-ə istinadən verdiyi məlumata görə, Hindistan hakimiyyəti artıq aviaşirkətlərdən Çinə uçuşlar təşkil etməyə başlamağı xahiş edib.

İki ölkə arasında hava nəqliyyatının rəsmi bərpası avqustun sonunda Çində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində elan oluna bilər.

2020-ci ildə Yeni Dehli və Pekin arasındakı münasibətlər ərazi mübahisəsi səbəbindən pisləşib, Ladaxın yüksək dağlıq bölgəsində, Qalvan çayı ərazisində hərbi toqquşmalar baş vermişdi.

Xəbər lenti

Xəbər lenti