...

Seul Mərkəzi Dairə Məhkəməsi Kim Qun Henin həbsinə qərar verib

Dünya xəbərləri Materials 13 Avqust 2025 04:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seul Mərkəzi Dairə Məhkəməsi Koreya Respublikasının keçmiş birinci xanımı Kim Qun Henin korrupsiya ilə bağlı şübhələr əsasında həbs olunmasına qərar verib.

Trend-in məlumatına görə, bu barədə işə məsul olan xüsusi prokurorun nümayəndələri məlumat veriblər.

Ölkə tarixində ilk dəfə olaraq keçmiş prezidentin həyat yoldaşının həbsinə order verilib. Onun əri, keçmiş prezident Yu Sok-Yol iyulun 10-dan etibarən istintaq təcridxanasında saxlanılır.

Xüsusi prokuror komandası həbs tələbinin əsas səbəbi kimi sübutların məhv edilmə ehtimalını göstərib.

Çərşənbə axşamı orderin verilməsi ilə bağlı tərəflərlə keçirilən dinləmə təxminən 4 saat davam edib. Keçmiş birinci xanım Cənubi Seuldakı təcridxanada məhkəmənin qərarını gözləyib. Onun əri isə başqa təcridxanada saxlanılır.

Xatırladaq ki, keçmiş prezident Yun Sok-Yol aprel ayında hərbi vəziyyət elan edilməsi ilə bağlı qanun pozuntuları səbəbindən hakimiyyətdən uzaqlaşdırılıb. Konstitusiya Məhkəməsi bu qərarın ölkənin əsas qanunlarına zidd olduğunu müəyyən edib.

Xəbər lenti

Xəbər lenti