Bakı. Trend:
İki ilə yaxındır səlahiyyətlilərdən yayınan italyan narkotik alverçisi Massimiliano Del Vekkio İspaniyada diş həkimi kabinetində həbs edilib.
Trend-in Need To Know nəşrinə istinadən verdiyi məlumata görə, 42 yaşlı Del Vekkio avqustun 6-da Barselonadakı diş klinikalarından birində saxlanılıb. Polis əməkdaşları qaçaq quldurun diş müalicəsinə getdiyini öyrənərək onu diş həkimi kreslosunda yaxalayıblar.
Del Vekkio 2023-cü ilin noyabrından axtarışda idi. Onun əkiz qardaşı Canluka və digər 16 şəriki isə Latina əyalətinin Fondi şəhərində keçirilən böyük əməliyyat zamanı həbs olunub.
Del Vekkionun həbsi Latina karabineri və İspaniya polisinin birgə əməliyyatı nəticəsində mümkün olub.