...

İtaliyada 16 şəhərdə qırmızı hava xəbərdarlığı elan olundu

Dünya xəbərləri Materials 13 Avqust 2025 07:15 (UTC +04:00)
İtaliyada 16 şəhərdə qırmızı hava xəbərdarlığı elan olundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyada Afrika antisiklonunun güclənməsi səbəbindən qarşıdakı iki gün ərzində 16 şəhərdə qırmızı hava xəbərdarlığı qüvvəyə minib.

Trend-in məlumatına görə, xəbərdarlıq paytaxt Roma ilə yanaşı Bolonya, Bolzano, Breşiya, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Milan, Peruccia, Rieti, Turin, Venesiya, Verona və Viterboya şamil edilir.

Sinoptiklər havanın temperaturunun 40 dərəcəni keçəcəyini proqnozlaşdırır. Xroniki, xüsusilə ürək xəstələri və həssas insanların daha diqqətli olmaları tövsiyə edilir. Əhaliyə kölgəli yerlərdə qalmaq və günorta saatlarında küçəyə çıxmamaq məsləhət görülür.

Xəbər lenti

Xəbər lenti